May 17, 2023 09:26 Asia/Baku
  • Fransa Ermənistana silah tədarükünə başlayıb - AKTUAL

Fransa hökuməti Cənubi Qafqazda rolunu artırmaq çərçivəsində Ermənistana silah tədarükünə başlayıb.

SəhərAzəri- "AzadBaki" informasiya agentliyinə istinadən xəbər verir ki, silah tədarükü ilə bağlı iki ölkə arasında razılıq Suren Papikyanın sentyabrda Parisə səfəri zamanı əldə olunub. 

Razılığa əsasən əvvəlcə 50 zirehli texnika, daha sonra “Minstrel” hava hücumundan müdafiə raketləri gətiriləcək.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi də təsdiqləyib ki, Fransa israrlı vədlərdən sonra Ermənistana ölümcül silahların tədarükünə başlamaq qərarına gəlib.

Həmçinin ABŞ-ın beynəlxalq təhlükəsizlik üzrə analitik nəşri “Global Security Review” silah tədarükü ilə bağlı yazır ki, Fransa prezidenti Emmanuel Makronun ermənipərəst ritorikası hava hücumundan müdafiə sazişinə gətirib çıxara bilər.

 Ötən ay Fransa xüsusi xidmət orqanlarının tanınmış nəşri Parisin İrəvana silah ixracı ilə bağlı sistem qurmaq üçün hazırlıqlara başladığını yazıb. Eyni zamanda, Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Jilber-Lyuk Devinaz qarşıdan gələn silah tədarükü ilə bağlı deyib: “Biz Ermənistana imkan verməliyik ki, öz sərhədlərinin təhlükəsizliyini təmin etsin, yəni onun silahlanmasına kömək etməliyik”.

Rusiyanın REX nəşri də bildirib ki, Fransanın Ermənistana verməyi planlaşdırdığı hərbi yardıma ilkin olaraq ölümcül silahlar daxildir. Bu arada Fransanın yeni hərbi attaşenin silahların Ermənistana tədarükünə nəzarət edəcəyi bildirilir.

Ermənistana silah göndərilməsi ilə bağlı Parisin hərbi-siyasi qərarının əsas dəstəkçisi prezident Emmanuel Makronun özü olub.

 

Teqlər