Ermənistan KTMT-dən çıxmağı istisna etmir
https://azeri.sahartv.ir/news/qafqaz-i400128-ermənistan_ktmt_dən_çıxmağı_istisna_etmir
Ermənistan hökumətinin başçısı bildirib ki, KTMT-dən çıxma məsələsi hələ də İrəvanın gündəmindədir.
(last modified 2024-04-14T09:20:47+00:00 )
May 23, 2023 11:56 Asia/Baku
  • Ermənistan KTMT-dən çıxmağı istisna etmir

Ermənistan hökumətinin başçısı bildirib ki, KTMT-dən çıxma məsələsi hələ də İrəvanın gündəmindədir.

SəhərAzəri-nin məlumatına görə, Nikol Paşinyan bildirib ki, Ermənistan KTMT-yə üzvlüyünü dayandırması və ya dondurması ilə bağlı de-yure qərar verə bilər.“Lakin bu, yalnız o halda reallaşa bilər ki, biz Ermənistanın KTMT-dən çıxdığını elan edək. Yox əgər o qalıbsa, başqa nə etməliyik? Yəni, KTMT-nin üzvü kimi qalırıqsa, bu, digər ölkələrlə təhlükəsizlik məsələlərini müzakirə etməyə mane olacaq”, - deyə baş nazir vurğulayıb.Paşinyan əlavə edib ki, KTMT-yə üzvlük Ermənistanın digər ölkələrdən silah almaq imkanlarını əngəlləyib.