“Dağlıq Qarabağda humanitar vəziyyət gərgin olaraq qalır”
https://azeri.sahartv.ir/news/qafqaz-i400682-dağlıq_qarabağda_humanitar_vəziyyət_gərgin_olaraq_qalır
Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşdə Dağlıq Qarabağdakı humanitar vəziyyətdən danışıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2023 04:50 Asia/Baku
  •  “Dağlıq Qarabağda humanitar vəziyyət gərgin olaraq qalır”

Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşdə Dağlıq Qarabağdakı humanitar vəziyyətdən danışıb.

Paşinyan deyib ki, Rusiya sülhməramlılarının məsuliyyət zonasında humanitar vəziyyət gərgin olaraq qalır. Bir neçə ildir ki, Dağlıq Qarabağda qaz və işıq yoxdur. Aylardır Laçın dəhlizində vəziyyət kifayət qədər gərgin olaraq qalır.

O qeyd edib ki, hazırda Dağlıq Qarabağa ərzaq tədarükü Rusiya sülhməramlılarının dəstəyi ilə həyata keçirilir, lakin bu kifayət etmir və bu çox vacib məsələdir.