İyun 24, 2023 09:35 Asia/Baku
  • Brüssel Laçın dəhlizinin blokadaya alınmasından narahatdır

Avropa İttifaqı Laçın dəhlizinin tam blokadaya alınmasından ciddi narahatdır və bunu yerli əhalinin güzəranı üçün birbaşa təhlükə hesab edir.

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti İdarəsinin sözçüsü Nəbila Masrali qurumun adından oxuduğu bəyanatda mümkün humanitar böhrana toxunaraq deyib: “İyunun 15-dən etibarən Laçın dəhlizi demək olar ki, tamamilə bağlanıb, bu, mümkün humanitar böhranla bağlı ciddi narahatlıq yaradır”.

Bəyanata sonra bildirilir: “Azərbaycan tərəfi növbəti təxribata və cinayət əməlinə əl ataraq, Dağlıq Qarabağla Ermənistan arasında yeganə yolu (Laçın dəhlizi) beton səddlə bağlayıb”.

Erməni mənbələrin iddiasına görə, Azərbaycan dövləti yolu zirehli texnika ilə kəsməklə yanaşı, indi nümayişkaranə şəkildə onu bağlayır, istənilən hərəkətin, o cümlədən Qırmızı Xaç və sülhməramlıların qarşısını alır.

Teqlər