İyun 28, 2023 15:50 Asia/Baku
  • “Bunu etsəydim, döyüşləri dayandırmaq mümkün olmayacaqdı”

Nikol Paşinyan bildirib ki, Ermənistan 2020-ci il müharibəsi zamanı Dağlıq Qarabağın müstəqilliyini tanısaydı, döyüşləri dayandırmaq mümkün olmazdı.

Ermənistanın baş naziri parlamentin 2020-ci il müharibəsi üzrə dinləmə komitəsində etdiyi çıxışında müxalifətin iradlarına cavab olaraq deyib: “Bəs 2016-cı ilin 4 günlük müharibəsində niyə o vaxtkı iqtidar Qarabağın müstəqilliyi tanımadı?”

O qeyd edib ki, Dağlıq Qarabağın müstəqilliyini tanımaq olmazdı, çünki belə etməklə, hətta noyabrın 9-da müharibəni dayandırmaq mümkün olmayacaqdı.