Vaşinqtondan nə xəbər?
Blinken: “Hələ də çətin işlər görülməlidir”
ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtonda keçirilən üç günlük görüşünün sonunda deyib: "irəliləyiş" əldə olunub, amma qarşıda hələ ağır iş var" Cümə axşamı ABŞ-ın dövlət katibi dolayısı ilə bildirib ki, Azərbaycan və Ermənistan XİN başçılarının son Vaşinqton görüşündə heç bir nəticə olmayıb.
"Siz razılaşmaya nə qədər yaxınlaşırsınız, bəzi hallarda bir o qədər çətinləşir, çünki ən çətin məsələlər sonraya qalır", - dövlət katibi Entoni Bkinken ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında üçgünlük danışıqların sonunda bildirib.
Dövlət Departamenti danışıqları mətbuat katibi Metyu Miller kimi "konstruktiv" hesab etməklə kifayətlənib. Cümə axşamı Blinken nazirlərlə yenidən görüşüb, həm ayrılıqda, həm də hər ikisilə birlikdə.
Mayın 1-5-də də 4 günluk danışıqları nəzərə alsaq artıq Vaşinqtonda XİN başılarının 7 günlük müzakirələrindən sonra Blinken hələ indi tərəflərin danışıqlar aparmağa hazır olduqlarını deyib: “danışıqlar səmimiyyət, açıqlıq və düzlüklə aparılıb, çünki hər iki tərəf razılığa gəlmək üçün ciddi danışıqlar aparmağa hazır olduğunu nümayiş etdirib”,- Dövlət katibi deyib.
Vaşinqton görüşündən heç bir irəliləyiş xəbəri verməyən Blinken Avropa İttifaqının vasitəçiliyilə yaxın həftələrdə baş tutacaq iki ölkə liderinin görüşündə gələcək irəliləyişlərə ümid edir.
"Mən sülh sazişinin, o cümlədən bəzi əlavə maddələr üzrə razılaşmaların hazırlanması, eləcə də qalan məsələlər üzrə tərəflərin mövqelərinin anlaşılmasının dərinləşdirilməsilə bağlı bu ümumi məqsədə doğru irəliləyişi yüksək qiymətləndirirəm. Və onu da başa düşmək lazımdır ki, yekun razılaşmaya nail olmaq üçün hələ də çətin işlər görülməlidir”, - o deyib.
Bağlanış mərasimində nə Bayramov, nə də Mirzoyan çıxış etməyib. Bu həftəki danışıqlar ABŞ-ın iki ay ərzində iki tərəf arasında apardığı danışıqların ikinci raundu olub. Oxşar danışıqları Avropa İttifaqı da təşkil edib.
Tez-tez XİN başçılarını Vaşinqtonda sadəcə görüşdürməkdə xeyir görən ABŞ rəsmisi "Biz ümumi və yekun sazişə nail olmaq məqsədilə önümüzdəki həftələrdə və aylarda da bu prosesin davam etdirilməsini istəyirik”, -deyib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi isə Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Vaşinqtondakı üç günlük görüş barədə yaydığı bəyanatda bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişinin əsas məsələləri üzrə “əlavə iş” aparmalıdırlar
“Nazirlər və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub. Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib və Saziş layihəsi üzrə qarşılıqlı anlaşmaya doğru addım atılıb. Eyni zamanda, bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.” Azərbaycan XİN-in bəyanatında deyilir.