Avq 21, 2023 14:37 Asia/Baku
  • Bakı mediyası separatçıların Xankəndini tərk etdiyini bildirir

Azərbaycan Respublikası mediyasında Laçın sərhəd-buraxılış məntəqəsindən 60 separatçının keçdiyi və birdəfəlik olaraq Azərbaycan torpaqlarını tərk etdiyi iddia edilir.

Məlumatda deyilir ki, bu gün Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. İlkin məlumatlara görə, məntəqədən təxminən 60-a yaxın şəxs sərbəst şəkildə keçid edib.

Bakı mediyası bu şəxslərin yükləri ilə birgə ərazini tərk etdiklərinə görə onların birdəfəlik getdiklərini bildirirlər, heç bir fakt təqdim etmədən 60 erməninin Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslər olduğunu iddia edirlər.

Sosial şəbəkələrdə isə bu məlumata reaksiyalar öz əksini tapır. İstifadəçilər birinci həmin şəxslərin separatçı olduğunun necə müəyyənləşdiyini soruşur, digər tərəfdən separatçıdırlarsa onların Azərbaycan ərazilərindən çıxışına icazə verilməməli olduğunu vurğulayırlar.

Sosial şəbəkə istifadəçiləri belə bir sual səsləndirir ki, separatizm və bu əməlləri törətmək və yaxud onda iştirak etmək Azərbaycan Respublikası qanunlarına ziddirsə, Azərbaycanın müvafiq qurumları niyə həmin şəxsləri cinayət işinə cəlb etmir və onların Ermənistana sərbəst çıxışına imkan yaradır və hətta bundan sevincək də olur?

 

Teqlər