Avq 24, 2023 17:48 Asia/Baku
  • Paşinyan: İrəvan Bakıya yeni təkliflər paketi təqdim edib

İrəvan Bakıya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə yeni təkliflər paketini təqdim edib. Bu barədə cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

SəhərAzəri-nin məlumatına görə, Eyni zamanda, Baş nazir bildirib ki, Bakı müxtəlif vasitələrlə Xankəndi ilə dialoqu əngəlləyir, məsuliyyəti Dağlıq Qarabağın üzərinə qoymağa çalışır.

"Ermənistanın mövqeyi dəyişməz olaraq qalır - Dağlıq Qarabağ sakinlərinin hüquqları və təhlükəsizliyi məsələləri “Stepanakert”lə Bakı arasında danışıqlarda, beynəlxalq mexanizmlər çərçivəsində həll edilməlidir", - Paşinyan bildirib.

O daha sonra bildirib ki, “Bakının Laçın dəhlizini birtərəfli qaydada açmaq niyyəti barədə etibarlı mənbədən məlumatı var. Söhbət insanların Dağlıq Qarabağdan çıxışına icazə verilməsindən, ölkəyə girişinin qadağan edilməsindən gedir”.

Paşinyanın iddiasına görə, Bakının məqsədi “Dağlıq Qarabağ sakinlərini etnik təmizləmə yolu ilə deportasiya etməkdir”.

Ötən il İrəvan və Bakı Rusiya, ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə gələcək sülh müqaviləsini müzakirə etməyə başlayıblar. Bu il mayın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan Azərbaycanın sovet sərhədləri daxilində, yəni Qarabağla birlikdə suverenliyini tanımağa hazırdır.

Ermənistanın bu mövqeyi sülh razılaşmasına ümidləri artırsa da, Qarabağdakı ermənilərlə bağlı qərb ölkələrinin qıcıqlandırıcı hərəkətləri İrəvanı da sərt mövqelərə üz tutmağa vadar edir. 

Eyni zamanda rəsmi Bakının “Zəngəzur dəhlizi”-nə israr etməsi sülh sazişinin imzalanması qarşısında ciddi manelərdən biri hesab olunur. Rəsmi İrəvan üçtərəfli bəyanatda nəzərdə tutulan kommunikasiyaların bərpasına hazır olduğunu ancaq hərhansı dəhliz tələbi ilə razılaşmayacağını burğulayır. 

 

Teqlər