Avq 25, 2023 20:12 Asia/Baku

Qeyri-neft ixracatda Ermənistan birinci oldu

Qeyri-neft ixracata görə Ermənistan iki qonşu ölkəni geridə qoyaraq Cənubi Qafqazda birinci olmuşdur.

Bu ilin ilk yarısında Azərbaycanın ixracatdan əldə etdiyi gəlir 17,9 milyard dollar olub. Bunun 90,1 faizi, yəni 16,1 milyard dolları neft və qazın payına düşür.

Eyni dövürdə Ermənistan isə 3,2, Gürcüstan 3,1 milyard dollarlıq məhsul ixrac edib.

Bu məlumata əsasən, Azərbaycan Respublikasının neftsiz ixracı 1,8 milyard dollar olub ki, bu da Ermənistandan 1,4 milyard azdır.

Azərbaycanlı siyasətçi Fuad Qəhrəmanlı bu statistikanı şərh edərək bildirib ki, Azərbaycan Respublikasının qeyri neft sektoru qorusu Gürcüstan və Ermənistandan böyük fərqlə geri qalır.

Bu arada Ermənistanda adambaşına düşən Ümumi Daxili Məhsul (ÜDM) bu il 8000 dolları keçib.

Bu barədə avqustun 24-də jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Vahan Kerobyan bildirib.

 

Onun sözlərinə görə, artım 2020-ci ilə nisbətən iki dəfə çox olacaq.

Ermənistanın iqtisadiyyat naziri sonra qeyd edib ki, ölkədə inkişaf səviyyəsi hədsiz dərəcədə artıb və hökumətin biznesə dəstək proqramı inkişaf tempinə uyğun olaraq dəyişdirilir.

 

Teqlər