Paşinyandan Azərbaycana qarşı sərt ittiham:
https://azeri.sahartv.ir/news/qafqaz-i402924-paşinyandan_azərbaycana_qarşı_sərt_ittiham
“Əsas məqsədləri Dağlıq Qarabağda etnik təmizləmədir”
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 25, 2023 18:08 Asia/Baku
  • Paşinyandan Azərbaycana qarşı sərt ittiham:

“Əsas məqsədləri Dağlıq Qarabağda etnik təmizləmədir”

Ermənistanın baş naziri Azərbaycan Respublikasını Dağlıq Qarabağ ermənilərinə qarşı etnik təmizləmə siyasəti yürütməkdə ittiham edib.

Nikol Paşinyan Azərbaycan tərəfindən Laçin dəhlizinin bağlanmasına toxunaraq deyib: “Laçin dəhlizinin qeyri-qanuni blokadası davam edir və Ermənistan Respublikası hökuməti və Fransa tərəfindən Dağlıq Qarabağ üçün nəzərdə tutulan 400 tona yaxın humanitar yük hələ də Laçin dəhlizinin girişində gözləməkdə davam edir”.

Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağın bir çox sakini Ermənistan Respublikasındadır və Dağlıq Qarabağa qayıda bilmir.

Paşinyan qeyd edib ki, Azərbaycanın əsas məqsədi istər aclıq çəkdirmək, istər hərbi əməliyyat, istərsə də digər vasitələrlə etnik təmizləmə yolu ilə ermənilərini Dağlıq Qarabağdan çıxarmaqdır.