Avq 26, 2023 13:39 Asia/Baku
  • Makron: Azərbaycanın Laçın dəhlizini blokadada saxlamasını pisləyirəm

Fransa prezidenti Ermənistanın dövlət sərhədlərinin üzləşdiyi təhlükələr barədə xəbərdarlıq edib.

Emmanuel Makron bildirib ki, Fransa Dağlıq Qarabağa humanitar çıxışın bərpası üçün maksimum səy göstərir.

Lö-Pöən (Le Point) qəzetinə müsahibəsində Makron deyib: “Biz həmişə demişik ki, xalqların suverenliyini dəstəkləyirik. Dağlıq Qarabağ məsələsi mürəkkəb məsələdir. Bu məsələ ilə bağlı ən sərt mövqeləri təkrarlaya bilmərəm. Fransa 2020-ci il müharibəsini birmənalı olaraq pisləyib və çoxsaylı humanitar aksiyalar təşkil edib. Bu gün biz Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olmasına, xalqların və mədəniyyətlərin qorunmasına imkan verəcək sazişin əldə olunması üçün mümkün olan hər şeyi edirik. Bu sülh müqaviləsi zərurətdir, lakin beynəlxalq hüquqa uyğun olmalıdır”.

Fransa prezidenti əlavə edib: “Laçın dəhlizi ətrafında qəbuledilməz humanitar vəziyyətlə üzləşmişik. Xüsusilə, biz Dağlıq Qarabağa ərzaq və dərmanların çatdırılması və sərbəst girişin təmin edilməsi üçün təşəbbüslər irəli sürməyə davam edirik. Bundan başqa, bu gün Ermənistanın dövlət sərhədləri də təhlükə altındadır”.

Digər tərəfdən Ermənistanın baş naziri Fransa səfiri ilə görüşdə Dağlıq Qarabağdakı humanitar böhranı müzakirə edib.

Görüşdə Fransa səfiri güclü Ermənistan-Fransa əlaqələrinin dərinləşməsinə töhfə vermək üçün hər cür səy göstərəcəyini bəyan edib.