Avq 29, 2023 15:30 Asia/Baku
  • “Azərbaycanla sərhəddə monitorinq missiyası göndərməyə hazırıq”

Rusiyanın Ermənistanın Azərbaycanla sərhədində KTMT-nin monitorinq missiyasının yerləşdirilməsi təklifi qüvvədə qalır.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasından bildirilib.

Vurğulanıb ki, Rusiya hökuməti ABŞ, Avropa İttifaqı və ayrı-ayrı Qərb ölkələrinin regiondakı vəziyyətin nizamlanmasına müdaxilə etmək cəhdlərini qeydə alır.

Ermənistan hökuməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son 3 ildəki mövqeyindən narazıdır və onun təlimlərinə qatılmaqdan boyun qaçırır.

Ermənistanda hesab edirlər ki, bu hərbi alyans Azərbaycanın aqressiyalarının qarşısını almaq istəmir. Ona görə də Avropa İttifaqından mülki missiyanın gətirilməsinə təşəbbüs göstərilib. Lakin İrəvanın bu addımı Rusiyanı hiddətləndirir.

 

Teqlər