İran səfiri Zəngəzur dəhlizindən danışdı
Sübhani: Bölgədə sərhədlərin dəyişdirilməsinə icazə verilməyəcək
Avq 29, 2023 15:41 Asia/Baku
İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sübhani Zəngəzur dəhlizi barədə mövqeyini açıqlayıb.
Dipomat bu barədə deyib: “Biz kommunikasiya yollarının yenidən açılmasının tərəfdarıyıq, lakin onlar Ermənistan hökumətinin nəzarəti altında olmalıdır. Zorla heç nə dəyişməyəcək”.
Onun sözlərinə görə, İranın Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyi barədə bəyanatı çox məsələləri ehtiva edir.
Bundan əvvəl İran prezidenti Seyid İbrahim Rəisi oxşar fikirlərlə çıxış edərək bildirmişdi ki, onun ölkəsi Qafqaz regionunda heç bir geosiyasi dəyişikliyi qəbul etməyəcək.