Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı dəyişib
https://azeri.sahartv.ir/news/qafqaz-i403242-rusiyanın_qarabağdakı_sülhməramlı_kontingentinin_komandanı_dəyişib
Rusiya Müdafiə Nazirliyi Qarabağdakı sülhməramlı kontingentin komandanını dəyişib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Sen 05, 2023 12:48 Asia/Baku
  • Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı dəyişib

Rusiya Müdafiə Nazirliyi Qarabağdakı sülhməramlı kontingentin komandanını dəyişib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında xəbər yerləşdirilib.

Məlumata görə, bu vəzifə general-mayor Kulakov Kiril Denisoviçə həvalə edilib.

Kulakov 20 iyul 1969-cu ildə anadan olub. 2017-ci ilin mart ayından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin komandiri olub.

Onun sələfi, general-polkovnik Aleksandr Lentsov cari il aprelin 25-də təyin edilmişdi. O, bu vəzifədə Andrey Volkovu əvəzləmişdi.