Sen 06, 2023 20:18 Asia/Baku
  • Ermənistanla ABŞ birgə hərbi təlimlər keçirir

Sentyabrda İrəvanda Ermənistan-ABŞ hərbi təlimləri keçiriləcək. Bu barədə Pentaqon məlumat yayıb.

“Ermənistanda beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində 11-20 sentyabr tarixlərində Müdafiə Nazirliyinin “Zar” təlim mərkəzində “Eagle Partner 2023” birgə hərbi təlimləri keçiriləcək”, - məlumatda deyilib.

Qeyd olunur ki, təlimlərdə sülhməramlı tapşırıqların yerinə yetirilməsi zamanı münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi üzrə əməliyyatlar işlənəcək. Eyni zamanda, komandanlıq-nəzarət və taktiki rabitə sahəsində təcrübə mübadiləsi aparılacaq.

Ermənistanın baş naziri Nikol Paşinyan son günlər İtaliya mediyasına verdiyi müsahibəsində Rusiyanın cənubi Qafqazdakı fəaliyyətini kəskin tənqid etmişdi. O Rusiyanı regionu tərk etmək məcburiyyətində olduğunu bildirmişdi. Ermənistanın Avropa missiyasını Azərbaycan sərhədlərində yerləşdirməsi və indi də ABŞ-la birgə hərbi təlimlər keçirməsi, Qərbin tədrici olaraq Ermənistanda Azərbaycana qarşı daha praktik təşəbbüslər həyata keçirmək niyyətindən xəbər verir.

Teqlər