Sen 07, 2023 15:55 Asia/Baku
  • Adam Şiff Azərbaycanı çoxsaylı erməni əsirlərini qanunsuz saxlamaqda ittiham edib

ABŞ konqresmeni Adam Şiff Azərbaycan hakimiyyətini qeyri-qanuni olaraq çoxsaylı erməni əsiri həbsdə saxlamaqda ittiham edib.

Konqresmen Adam Şiff bu haqda deyib: “Təsdiqlənmiş məlumatlara görə, Azərbaycanda 2020-ci il müharibəsindən 33 erməni hərbi əsir saxlanılır. Müharibəyə son qoyan atəşkəs sazişinin şərtlərinə görə Azərbaycan bütün hərbi əsirləri və digər məhbusları azad etməli idi, lakin buna əməl etməyib və hələ də itkin düşənlərin çoxunun taleyi naməlum olaraq qalır. Qəddar blokadanın sona çatması üçün dua etdiyim kimi, onların sağ-salamat qayıtmaları üçün dua edirəm”.

Başqa bir məlumata görə isə, ABŞ Konqresinin Tom Lantos adına İnsan Haqları Komitəsində Laçın dəhlizinin blokadası və bunun nəticəsində Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı dinləmələr keçirilib.

Dinləmələrdə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo da iştirak edib.

 

 

 

 

Teqlər