Qızıl Xaç Komitəsi və sülhməramlıların təklifi qəbul olundu
Separatçılar Ağdam-Xankəndi yolunun açılmasına razılıq verdilər
Qondarma və separatçı “Dağlıq Qarabağ Respublikası” (DQR) Ağdam-Xankəndi yolunun açılmasına razılıq verib.
Erməni separatçıları bu qərarı Beynəlxalq Qızıl Xaç Komitəsinin Stepanakert (Xankəndi) ofisinin və Rusiya hərbi qrupunun komandanlığının birgə təklifi kimi izah edib.Açıqlamada qeyd olunur: “Prosesin təşkili həm vətəndaşlarımızın həyat və sağlamlığı ilə bağlı təhlükələri neytrallaşdırmaq, həm də Laçın dəhlizi ilə humanitar yüklərin daşınmasını təmin etmək üçün lazımdır”.Beləliklə də Rusiya Qızıl Xaç Komitəsi tərəfindən göndərilən humanitar yük Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməni əsilli şəxslərə çatdırılıb.Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2 TIR-ı isə 21 gündən çoxdur ki, həmin yolda gözləyir.Azərbaycan Xarici İşlər Nazirliyi yükün Ağdam-Xankəndi yolu ilə keçməsini müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndirib.XİN rəsmisi bildirib ki, yaxın zamanlarda BQXQ tərəfindən Azərbaycan tərəfinə qarşı tərəfin sentyabrın 18-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə rəsmi nota təqdim edilməsi gözlənilir.Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni zamanda istifadə ilə bağlı yerli medianın sualını cavablandırarkən deyib.Onun sözlərinə görə, Azərbaycan tərəfi ölkə qanunvericiliyinin tələblərinə riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadənin təşkilinə hazırdır.