Qarabağı tərk edən ermənilərin sayı
Son günlər Qarabağı 100 mindən çox erməni əsilli insanın tərk etdiyi bildirilir.
Ermənistan hakimiyyətinin məlumatına görə, oktyabrın 1-i axşamadək ölkəyə 100 min 514 məcburi köçkün gəlib.
İlin əvvəlinə Qarabağ əhalisinin sayının 120 min nəfər olduğu bildirilirdi. Amma Azərbaycan rəsmiləri belə rəqəmlərə daim şübhə bəsləyib, onun az qala iki dəfə şişirdildiyini iddia ediblər.
Azərbaycanın rəsmi qurumları indi də Qarabağı tərk edən insanların dəqiq sayını açıqlamır. Yalnız bildirilir ki, Qarabağı tərk edən insanların təhlükəsiz və maneəsiz keçidi təşkil olunur.
Turan xəbər agentliyi Dövlət Sərhəd Xidmətindən Qarabağı tərk edən ermənilərin sayı barədə məlumat öyrənmək istəsə də agentliyin sualına cavab verilmədiyi bildirilir.
BMT-nin Azərbaycanın Qarabağ regionuna səfər edən missiyası eləcə ABŞ Dövlət Departamenti da Qarabağdan çıxan ermənilərin sayının 100 min olduğunu deyirlər bu isə onların bu barədə yeganə statistic məlumatına yəni Ermənistanın yaydığı məlumata istinad etdiklərini deməyə əsas verir.
Turan xəbər agetnliyi
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğluna istinadla Ermənistan tərəfindən rəqəmlərin çox şişirdildiyini bildirir.
Deputatın fikrincə, sentyabrın sonunda Nikol Paşinyanın səsləndirdiyi 40 min rəqəmi reala ən yaxın rəqəm idi
H.Babaoğlunun sözlərinə görə, Azərbaycan tərəfi dəqiq qeydiyyat aparır və vaxtında Qarabağdan Ermənistana gedən ermənilərin dəqiq sayını elan edəcək.