Hraparak nəşri separatçı rəhbərlərin həbsindən xəbər verib
Okt 03, 2023 19:04 Asia/Baku
“Hraparak” nəşri mənbələrinə əsasən Bako Saakyan və Arkadi Qukasyanın Azərbaycan tərəfindən saxlanıldığını bildirib.
“Azərbaycan tezliklə Bako Saakyan və Arkadi Qukasyanın Həkəri körpüsündə həbs olunduğunu elan edəcək.” nəşr yazır.
Məlumata görə, onların həbsi ilə bağlı görüntülər də təqdim olunacaq.
İddia edilib ki, içərisində separatçı qurumun “daxili işlər və milli təhlükəsizlik nazirləri”nin olduğu avtomobil buraxılsa da, Saakyan və Qukasyan saxlanılıb.
Rəsmi Bakıdan bu gün separatçı rəhbərlərin saxlanılmasına dair erməni medialarda yayılan məlumatların heç biri barədə hələlik münasibət yoxdur.