Qarabağ separatçılarının liderlərinin saxlandığı bildirilir
https://azeri.sahartv.ir/news/qafqaz-i404155-qarabağ_separatçılarının_liderlərinin_saxlandığı_bildirilir
Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı saxlayıblar.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Okt 04, 2023 16:43 Asia/Baku
  • Qarabağ separatçılarının liderlərinin saxlandığı bildirilir

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı saxlayıblar.

Arutyunyan İkinci Qarabağ Müharibəsi zamanı Gəncə şəhərinə raket zərbələrinin endirilməsinə tapşırıq verməkdə ittiham olunur.

Bundan bir qədər əvvəl Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan və Bako Saakyan və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.

Separatçı dairələrə məxsus mənbələr isə bildirirlər ki, Qarabağ “milli təhlükəszlik xidmətinin direktoru” kimi təqdim olunan Ararat Melkumyan, Qarabağın “daxili işlər naziri” Karen Sarkisyan, “dövlət naziri” Artur Arutyunyan və “prezident administrasiyasının rəhbəri” Karen Şahramanyan Azərbaycanın Laçın postundan keçərək Ermənistana gediblər.