Ermənistanın baş naziri vacib sənədi imzaladı
İrəvan Qarabağı rəsmən Azərbaycan ərazisi kimi tanıyıb
Ermənistanın baş naziri Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyan bəyannaməni imzalayıb.
Nikol Paşinyan Qranada sammitində Avropa İttifaqı, Almaniya və Fransa liderləri ilə görüşdə Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü (86,6 kv/km) tanıyan bəyannaməyə qol çəkib.
Bəyannamənin mətni Avropa İttifaqı Şurası tərəfindən yayılıb.
Sənəddə Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında iki ölkə arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qaldığı əks olunub.
Bildirilir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Nikol Paşinyanı və İlham Əliyevi oktyabrın sonunda Brüsseldə görüşə dəvət edib.