Noy 29, 2023 12:12 Asia/Baku
  • “Dinc həyatın alternativi yoxdur”

Ermənistan parlamentinin spikeri Azərbaycan və Ermənistan arasında ticarət əlaqələrinin bərpa olunmalı olduğunu vurğulayıb.  

Ermənistan parlamentinin spikeri Alen Simonyan Bakı və İrəvanın iki qonşu ölkə kimi ən yaxşı yolunun sülh şəraitində yaşamaq və ticarət əlaqələrinin bərpa edilməli olduğunu deyib.

Bunu parlamentin sədri özünün teleqram hesabında yazıb: “Uzun, qanlı müharibələrdən sonra dinc həyatın bir çox nümunələri var. Ümumiyyətlə, bunun alternativi yoxdur".

Qanunverici orqanın spikeri Alen Simonyan əmin edib ki, o, sülh üçün hər şeyi edəcək. A. Simonyan, həmçinin qeyd edib ki, iki dövlət arasında ticarət əlaqələri də bərpa olunmalıdır.

Alen Simonyan dünən də müxbirlərə müsahibəsində bildirmişdi ki, Azərbaycanla sülh müqaviləsi 15 gün ərzində imzalana bilər.

 "İstək olsa, Azərbaycan hakimiyyəti həqiqətən siyasi iradə nümayiş etdirsə, yaxın 15 gündə sülh müqaviləsini imzalamaq olar. Bütün prinsipial məsələlərdə beynəlxalq hüquq və bərabərlik prinsipinə əsasən razılıq əldə olunub", deyə Simonyan qeyd edib.

Qeyd edək ki, ABŞ və Fransa ikinci Qarabağ müharibəsi, xüsusən də Xankəndinin separatçılardan təmizlənilməsindən sonra regionda sühlə mane olmaq cəhdlərini gücləndiriblər.

 

 

Teqlər