Borrell rəsmi İrəvanın Putini hədəf alan qərarını alqışladı:
https://azeri.sahartv.ir/news/qafqaz-i408411-borrell_rəsmi_İrəvanın_putini_hədəf_alan_qərarını_alqışladı
“Ermənistanın Roma Statutuna qoşulmaq qərarı cəsarətli addımdır”
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 14, 2024 07:19 Asia/Baku
  • Borrell rəsmi İrəvanın Putini hədəf alan qərarını alqışladı:

“Ermənistanın Roma Statutuna qoşulmaq qərarı cəsarətli addımdır”

 Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell Ermənistanın Roma Statutuna qoşulmaq qərarını cəsarətli addım kimi qiymətləndirib.

Borrell Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı Ermənistan hökumətinin ədliyyə sahəsində islahatlarına və korrupsiya ilə mübarizə istiqamətində təşəbbüslərinə toxunaraq deyib ki, atılan bütün bu addımlar alqışa layiqdir.

O daha sonra Avropa İttifaqının Ermənistanla təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib.

Bu görüşdə tərəflər Azərbaycan-Ermənistan sərhədindəki son insidenti də nəzərdən keçiriliblər

Borrel deyib ki, son insident Avropa İttifaqının uzun müddətdir müdafiə etdiyi planın yəni müşahidə missiyasının zəruriliyini bir daha təsdiqləyir.

 

Onun sözlərinə görə, Avropa İttifaqının Ermənistandakı missiyası bu yaxınlarda daha çox işçi heyəti ilə gücləndirilib və münasibətlərin normallaşdırılması səylərinə töhfə verməyə davam edəcək.

Avropalı baş diplomat qeyd edib ki, Avropa Komissiyası Qarabağ ermənilərinə yardım üçün 5,5 milyon avro ayırıb.