Mirzoyan: Azərbaycanla əsl sülhə nail olmaq imkanımız var
https://azeri.sahartv.ir/news/qafqaz-i409175-mirzoyan_azərbaycanla_əsl_sülhə_nail_olmaq_imkanımız_var
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülhə nail olmaq imkanının olduğunu vurğulayıb.
(last modified 2024-03-09T07:34:07+00:00 )
Mart 09, 2024 11:33 Asia/Baku
  • Mirzoyan: Azərbaycanla əsl sülhə nail olmaq imkanımız var

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülhə nail olmaq imkanının olduğunu vurğulayıb.

Mirzoyan “Anadolu” agentliyinə verdiyi müsahibədə deyib: “Güman edirəm ki, xalqlarımızın sülhə ehtiyacı var. Dünyanın digər xalqları kimi, bizim xalqlarımız da sülhə layiqdirlər və heç birimiz əbədi düşmənçiliyə məhkum deyilik”.

Ermənistanın xarici işlər naziri qeyd edib ki, azərbaycanlı həmkarı Ceyhun Bayramovla yeni görüş hələlik müəyyənləşməyib, Lakin tərəflər daimi əlaqə saxlamaqda davam edirlər.

Bundan bir qədər əvvəl Azərbaycan Respublikasının XİN rəhbəri Ceyhun Bayramov regionda sülh və sabitliyin bərqərar olması üçün Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair iddialarından əl çəkməsinin vacibliyini vurğulayıb.