İngilislər də oyuna girdilər
Britaniya Paşinyana anti-Rusiya təlimatının verilməsidə iştirak edir
Rusiyalı politoloq Ermənistan rəhbərliyinin Mİ6-dan aldığı təlimat əsasında anti-Rusiya düyməsinə basdığını iddia edib.
İqor Korotçenko sosial şəbəkə hesabında bildirib ki, London Ermənistan hakimiyyətinin KTMT üzvlüyünü dondurmaq qərarını tanıyır və alqışlayır.
Qeyd edək ki, Britaniya müdafiə nazirinin müavini Ceyms Heppi deyib ki, onun ölkəsi guya “Rusiyadan gələn təhlükələr” qarşısında İrəvana dəstək verməyə hazırdır.
Qərbin aqressiv hərəkətlər qarşısında isə Rusiyanın səssiz qalacağı şübhə doğurur.
Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası sədrinin birinci müavini Viktor Bondaryov bu günklərdə Ermənistan hakimiyyətinə rus qoşunlarının İrəvandan çıxarılmasını heç ağlına belə gətirməməsini tövsiyə edib.