Mart 12, 2024 14:40 Asia/Baku
  • Paşinyan kənd söhbətini kökündən inkar etdi

Tavuşda heç bir kəndin verilməsindən söhbət belə getməyib və ola da bilməz.Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Tavuş vilayətində heç bir kəndin təslim olması ilə bağlı heç vaxt müzakirə olmayıb və ola da bilməz. Kəndlərin adları Azərbaycan mətbuatında açıqlananda Ermənistan ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da belə adlarda kəndlər olmamışdı”, - Paşinyan bildirib.

Paşinyan bildirib ki, Almatı Bəyannaməsi sərhədlərin və qarşılıqlı ərazi bütövlüyünün tanınması üçün əsas olub:

“Sovet İttifaqının dağılması zamanı de-yure mövcud olan sərhəd Almatı Bəyannaməsi ilə və təkcə bu bəyannamə ilə deyil, həm də 2022-ci il oktyabrın 6-da Praqada əldə edilmiş razılaşmalarla təsdiqləndi. Almatı Bəyannaməsi sərhədlərin və qarşılıqlı ərazi bütövlüyünün tanınması üçün əsas oldu. Ona görə də bu müqavilələrə görə, Sovet İttifaqı dövründə mövcud olan keçmiş inzibati sərhəd, bu inzibati sərhədin o tayında olan şərti olaraq Azərbaycandır, bu tərəfdə olan Ermənistandır. Delimitasiya prosesində biz çalışmalıyıq ki, bu sərhədi hansısa formatda təkrar edək. Biz de-yure reallıqdan çıxış etməliyik. Ermənistan olan Ermənistandır, Ermənistan olmayan Ermənistan deyil”,- Paşinyan deyib.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ötən həftə bildirmişdi ki, Azərbaycan Ermənistanın işğalı altında olan kəndlərinin azad olunmasını tələb edir.

Dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların indiyədək 7 görüşü keçirilib. Azərbaycan mediaları həmin görüşlərdə 8 kəndin Azərbaycana təhvil verilməsi mövzusunun da müzakirə edildiyini bildirirlər. İndi Ermənistanın baş naziri Nikol Paşinyan bu  mövzunu kökündən inkar edir.

Bir çox ekspertlər bunu Cənubi Qafqazda gərgin olan situasiyanın yenidən hərbi toqquşma müstəvisinə keçəcəyinə diqqət çəkirlər.