Mart 12, 2024 20:05 Asia/Baku
  • ABŞ kəşfiyyatı Bakı və Yerevan arasında

ABŞ kəşfiyyatı sülh müqaviləsi olmadığı təqdirdə Bakı və Yerevan arasında "gərginlik" olacağını proqnozlaşdırır

Turan-ın verdiyi məlumata görə, ABŞ-ın kəşfiyyat cameəsi bildirib ki, Ermənistan və Azərbaycan arasında münasibətlər “çox güman ki, bu il də gərgin qalacaq".

Lakin Azərbaycanın Dağlıq Qarabağı qaytarması "qeyri-sabitliyi azaldıb və hərbi qarşıdurma çox güman ki, məhdud olacaq". Bu barədə ABŞ kəşfiyyat cameəsinin dünya təhdidlərinin illik qiymətləndirməsində deyilir.

Sənəd bazar ertəsi Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Təhqiqat Bürosu, Hərbi Kəşfiyyat Agentliyi və ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəhbərləri tərəfindən Konqresə təqdim olunub.

"Sülh müqaviləsinin olmaması, iki ordunun yaxın dislokasiyası, atəşkəs mexanizminin olmaması və Azərbaycanın Ermənistanla danışıqlarda öz məqsədlərinə nail olmaq üçün hərbi təzyiqdən istifadə etməyə hazır olması ilə əlaqədar gərginlik qalır. Qarabağın nəzarətə götürülməsi və Azərbaycanın Naxçıvana quru dəhlizə çıxış tələbi silahlı qarşıdurma riskini artırır", - hesabatda deyilir.