Fransanın XİN rəhbəri Ermənistanı təriflədi
https://azeri.sahartv.ir/news/qafqaz-i409999-fransanın_xİn_rəhbəri_ermənistanı_təriflədi
“Ermənistan Cənubi Qafqazda sülhə çalışan yeganə ölkədir”
(last modified 2024-04-03T10:33:00+00:00 )
Apr 03, 2024 14:31 Asia/Baku
  • Fransanın XİN rəhbəri Ermənistanı təriflədi

“Ermənistan Cənubi Qafqazda sülhə çalışan yeganə ölkədir”

Fransanın Xarici işlər naziri Stefan Sejurne bildirib ki, Ermənistan Cənubi Qafqazda münaqişənin qarşısını almaq istəyən yeganə ölkədir.

Fransalı nazir deyib: “Ermənistanın ərazi bütövlüyü Azərbaycan tərəfindən təhdid altındadır və Bakının ritorikası getdikcə daha radikal xarakter alır, bunu nəzərə alaraq, Fransa hökuməti hadisələrin gedişatından narahatdır”.

O qeyd edib ki, rəsmi Bakı tez-tez yaranan gərginliklərdə Ermənistanı günahlandırsa da, Ermənistan yəqin ki, dünyanın bu hissəsində münaqişənin qarşısını almaq istəyən və buna cəhd edən yeganə ölkədir.