Dmitri Peskov:
Ermənistan Rusiyanın müttəfiqidir
Ermənistanla Rusiya arasında münasibətlərin əhəmiyyətini qiymətləndirmək çətindir, İrəvan Moskvanın yaxın tərəfdaşıdır. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bilirsiniz ki, Ermənistan bizim yaxın tərəfdaşımız, müttəfiqimizdir. Bizi çoxsaylı inteqrasiya formatları və təbii ki, tarixi ikitərəfli münasibətlər, humanitar əlaqələr birləşdirir”, - Peskov bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə qərbin Ermənistana müdaxiləsinin mənfi nəticələrinə toxunub:
“Qərb regionda sülhün bərqərar olmasından ehtiyanlanır. Ona görə də bölgə ölkələrinə qarşı fəaliyyətə başlayıb. Ermənistana gəlincə, deməliyəm ki, hər bir suveren ölkənin öz yanaşması var. Məsələ ondan ibarətdir ki, Qərbin müdaxiləsi regionda əldə olunmuş harmoniyanı pozur”,- Zaxarova deyib .