Apr 10, 2024 13:24 Asia/Baku
  • Paşinyan yenə KTMT-yə ilişib

Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlılarının yerləşdirilməsi Ermənistanda marionet hökumətin yaradılmasına gətirib çıxara bilərdi.Ermənistan baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı deyib.

Paşinyan bildirib ki, KTMT Ermənistanda müttəfiq yox, sülhməramlı kimi iştirak edəcəkdi: “Beləliklə, Ermənistan özünün təhlükəsizlik zəmanətləri sistemindən kənarda qalacaqdı”.

Ermənistan baş naziri Rusiya ilə münasibətlərə də toxunub:

“Hazırda Ermənistanla Rusiya arasındakı münasibətlər “tarixi Ermənistan”dan “real Ermənistan” və Rusiya arasındakı münasibətlərə keçid prosesini yaşayır”,- Paşinyan deyib.

“Bu, bəzən Ermənistanın özündə baş verən daxili transformasiya qədər ağrılı olur. Ancaq bu transformasiyanı "müsbət hekayələrlə" doldurmaq üçün hər şey edilməlidir. Ermənistan Rusiya ilə belə işə hazırdır və onunla münasibətləri Ermənistanın iqtisadiyyatı, təhlükəsizliyi və dövlətçiliyi baxımından qiymətləndirmək çətindir", - baş nazir vurğulayıb.

 

Teqlər