Bakı narahat, İrəvan nigarandır
https://azeri.sahartv.ir/news/qafqaz-i410386-bakı_narahat_İrəvan_nigarandır
Azərbaycan İran və sionist rejim arasında artan gərginlikdən dərin narahatdır. Ermənistan isə nigaran olduğunu bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Apr 15, 2024 12:10 Asia/Baku
  • Bakı narahat, İrəvan nigarandır

Azərbaycan İran və sionist rejim arasında artan gərginlikdən dərin narahatdır. Ermənistan isə nigaran olduğunu bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin X səhifəsindəki paylaşımında belə yazıb: 

"Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərin narahatdır. Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq", - məlumatda qeyd olunub.

Ermənistan isə İranın terrorçu sionist rejimə cavab atəşindən nigaran olub.

Ermənistanın XİN-in X hesabındakı paylaşımında deyilir: 

"Orta şərqdə çaxnaşmanın artması ciddi nigaranlığa səbəb olur. Biz sizi dialoqa üstünlük verməyə çağırırıq. Əlavə qarşıdurmadan çəkinmək lazımdır."