Apr 15, 2024 15:40 Asia/Baku
  • Bakı narahat, İrəvan nigarandır

Azərbaycan İran və sionist rejim arasında artan gərginlikdən dərin narahatdır. Ermənistan isə nigaran olduğunu bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin X səhifəsindəki paylaşımında belə yazıb: 

"Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərin narahatdır. Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq", - məlumatda qeyd olunub.

Ermənistan isə İranın terrorçu sionist rejimə cavab atəşindən nigaran olub.

Ermənistanın XİN-in X hesabındakı paylaşımında deyilir: 

"Orta şərqdə çaxnaşmanın artması ciddi nigaranlığa səbəb olur. Biz sizi dialoqa üstünlük verməyə çağırırıq. Əlavə qarşıdurmadan çəkinmək lazımdır."

Teqlər