İrəvan və Astana arasında Qardaşlaşma haqqında memorandum imzalandı
İrəvan və Astana arasında Ermənistan prezidentinin iqamətgahında Ermənistan baş naziri və Qazaxıstan prezidentinin iştirakı ilə iki ölkə arasında qardaşlaşma sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bu gün Qazaxıstan Prezidenti Qasım Jumart Toqayevin Ermənistana rəsmi səfərində onunla Ermənistanın baş naziri Nikol Paşinyan arasında sənədlərin imzalanma mərasimi keçirilib.
Qazaxıstan və Ermənistanın rəhbərləri tərəfindən bəyanatlar, miqrasiya və vətəndaşların qalma sahəsində əməkdaşlıq haqqında saziş, avtomobil nəqliyyatı haqqında 2006-cı il sazişinə dəyişikliklər haqqında protokol və aviasiya sahəsində əməkdaşlıq haqqında memorandum, Armavir və Manqistau regionları arasında əməkdaşlıq haqqında memorandum, Vanadzor və Şikment arasında əməkdaşlıq və qardaşlaşma haqqında memorandum, turizm sahəsində əməkdaşlıq proqramı, 2024-25-ci illər üçün ticarət-iqtisadi əməkdaşlıq üzrə yol xəritəsi, İrəvan və Astana arasında yüksək texnologiyalar, əməkdaşlıq və qardaşlaşma sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Qeyd edək ki, cari milad ili fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində çıxışı zamanı Qazaxıstan da daxil Türk Dövlətləri Təşkilatını Azərbaycanın ailəsi və qardaşları adlandırmışdı:
“Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir.
İlham Əliyev həmin çıxışında Azərbaycan üçün ən əsas təşkilatın Türk Dövlətləri Birliyi olduğunu demişdi:
“Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”,-İlham Əliyev fevralın 14-də parlamentdə çıxışı