Paşinyan növbəti dəfə mübahisəli kəndlər məsələsinə aydınlıq gətirdi
https://azeri.sahartv.ir/news/qafqaz-i410481-paşinyan_növbəti_dəfə_mübahisəli_kəndlər_məsələsinə_aydınlıq_gətirdi
“Bakının istədiyi 4 kənd Ermənistan ərazisi deyil”
(last modified 2024-04-18T10:38:12+00:00 )
Apr 18, 2024 14:37 Asia/Baku
  • Paşinyan növbəti dəfə mübahisəli kəndlər məsələsinə aydınlıq gətirdi

“Bakının istədiyi 4 kənd Ermənistan ərazisi deyil”

Aprelin 17-də Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş rayonunun Kirants kənd məktəbində sakinlərlə görüşdə növbəti dəfə mübahisəli kəndlər məsələsindən danışıb.

Bu məlumata əsasən, baş nazir yerli sakinlərə Azərbaycanla sülh, o cümlədən sərhədin demarkasiyası prosesində mövcud vəziyyəti təqdim edib. Sonra sualları cavablandırıb.

O, söhbəti zamanı Azərbaycanın iddia etdiyi 4 kəndin – Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Alma-Ata Bəyannaməsinə əsasən, de-yure Ermənistan ərazisi olmadığını deyib.

Bundan əvvəl də, martın 18-də Nikol Paşinyan Tavuşun kənd sakinləri ilə görüşüb.

O söz verib ki, bütün narahatlıqlar nəzərə alınacaq, danışıqlar yekun deyil, qərar olarsa, yenidən onlarla görüşəcək.

Martın 9-da Azərbaycanın Ermənistandan işğal altındakı 4 kəndinin azad olunmasını tələb etdiyi açıqlanıb.