Apr 24, 2024 11:15 Asia/Baku
  • Cənubi Qafqazda silahlanma yarışı genişlənir

Ermənistanda müdafiə xərcləri əhəmiyyətli dərəcədə artıb

Cənubi Qafqazda silahlanma yarışı genişlənir. Ermənistan və Azərbaycanın müdafiə xərcləri əhəmiyyətli dərəcədə artıb.
 
Ermənistanın müdafiə xərcləri 2022-ci ildəki 795 milyon dollardan 2023-cü ildə 1 milyard 330 milyon dollara çatıb. 
Stokholm beynəlxalq sülh araşdırmaları institutunun (SIPRI) məlumatları göstərir ki, Azərbaycanda da bu xərclər artaraq 2 milyard 991 milyon dollardan 3 milyard 561 milyon dollara və ya Ümumi Daxili Məhsulun 3,8%-dən 4,6%-nə yüksəlib. 

Teqlər