İrəvanda yüzlərlə etirazçı saxlanılıb
Ermənistan KİV-i ölkənin Daxili İşlər Nazirliyinə istinada bildirirlər ki, bu gün İrəvanda keçirilən aksiyada yüzlərlə adam saxlanılıb.
Bildirilib ki, onlar Ermənistan İnzibati Məcəlləsinin müvafiq maddəsinə əsasın polis əməkdaşının qanuni tələbinə tabe olmadıqlaırna görə polis bölməsinə aparılıblar.
Qeyd edək ki,bu gün səhər arxiyepiskop Baqrat Qalstanyanın tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb. Nəticədə onlar İrəvanda dövlətlərarası, regionlararası əhəmiyyətə malik olan magistral yolları və küçələri bağlayıblar. Baqrat Qalstanyan Bakı ilə İrəvan arasında sədhərlərin delimitasiya və demarkasiyası barədə əldə olunmuş razılaşmaların icrasına etiraz edir. Ermənistan baş naziri Nikol Paşinyan bu keşişi əcnəbi casusu adlandırıb.