Nazirlərin Vaşinqton görüşündə razılıq əldə olunub
https://azeri.sahartv.ir/news/qafqaz-i412716-nazirlərin_vaşinqton_görüşündə_razılıq_əldə_olunub
Azərbaycan və Ermənistan sülh müqaviləsi üzərində işi davam etdirəcəklər
(last modified 2024-07-11T05:36:29+00:00 )
İyul 11, 2024 07:32 Asia/Baku
  • Nazirlərin Vaşinqton görüşündə razılıq əldə olunub

Azərbaycan və Ermənistan sülh müqaviləsi üzərində işi davam etdirəcəklər

Ermənistan və Azərbaycan xarici işlər nazirləri sülh müqaviləsi üzərində işi davam etdirmək barədə razılığa gəliblər.

Armenpress-in məlumatına əsasən, Vaşinqtonda keçirilən görüşdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh müqaviləsi istiqamətində işi davam etdirmək barədə razılığa gəliblər.

İki nazir NATO-nun 75-ci Yubiley Sammitində iştirak etmək məqsədilə ABŞ-da səfərdədirlər.

Məlumatda qeyd olunur ki, tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi təsdiqləyib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar. Xüsusilə də Mirzoyan Ermənistanın Azərbaycanla tezliklə sülh müqaviləsi bağlamaq və imzalamaq üçün siyasi iradəsini bir daha təsdiqləyib.