Fransa ilə yanaşı Hindistan da Bakının əsəbi ilə oynayır
https://azeri.sahartv.ir/news/qafqaz-i413073-fransa_ilə_yanaşı_hindistan_da_bakının_əsəbi_ilə_oynayır
Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu
(last modified 2024-07-24T06:09:48+00:00 )
İyul 24, 2024 08:08 Asia/Baku
  • Fransa ilə yanaşı Hindistan da Bakının əsəbi ilə oynayır

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Ermənistan Hindistan silahının ən böyük alıcısına çevrilib.

Hindistan Maliyyə Nazirliyinin parlamentə təqdim etdiyi iqtisadi hesabatda deyilir: “Keçmiş Sovet respublikası Ermənistan “Pinaka” raket sistemlərinin və “Akaş” zenit-raket komplekslərinin alınması ilə bağlı müqavilələr imzaladıqdan sonra bu ölkə Hindistandan ən böyük silah idxalçısına çevrilib”.

Qeyd edək ki, Hindistanla yanaşı Fransa da sürətlə Ermənistanın silahlanmasında iştirak edir.

Azərbaycan Müdafiə Nazirliyi iyunun 18-də Fransa ilə Ermənistan arasında “Sezar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalanmasına etiraz etmişdir.