Borrell Ermənistanla əlaqələrin əhəmiyyətndən danışdı:
“Aİ Şurasının qərarları Ermənistanla tərəfdaşlığımızı gücləndirəcək”
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlamaq və Avropa Sülh Fondundan ölkəyə 10 milyon avro ayırmaq qərarını yüksək qiymətləndirib.
Borrell mətbuat konfransı zamanı bu məsələyə toxunaraq deyib: “Aİ Şurası Ermənistanla tərəfdaşlığın daha da inkişafına töhfə verəcək iki mühüm qərar qəbul edib”.
Onun sözlərinə görə, Avropa İttifaqı ilk dəfə olaraq Sülh naminə Avropa Aləti çərçivəsində Ermənistana 10 milyon avro həcmində dəstək verilməsi barədə qərar qəbul etdi. Bundan başqa, qurum Cənubi Qafqazdakı gərgin vəziyyəti nəzərə alaraq Ermənistanla tərəfdaşlığını gücləndirəcək patentlərin liberallaşdırılması üzrə dialoqa yaşıl işıq yandırdı.