ABŞ Senatı Ermənistana ianə verir
İyul 29, 2024 12:45 Asia/Baku
65 milyon dollar yardım ayrılacaq
ABŞ Senatı Ermənistana 65 milyon dollar məbləğində yardım göstərilməsi haqqında qanun layihəsini təsdiqləyib.
Bu məlumata əsasən, ABŞ Senatı xarici əməliyyatlar haqqında qanun layihəsini təsdiqləyib. Amerika Erməni Konqresi bildirib ki, ABŞ Senatının Təxsisatlar Komitəsi bu həftə 2025-ci maliyyə ili üçün layihəyə Ermənistana 65 milyon dollar yardımı daxil edib.
Erməni icmasının Konqreslə Əlaqələr üzrə direktoru Maryam Haloyan Senatın Təxsisatlar Komitəsinin erməni xalqına dəstəyini alqışlayıb.