Dek 23, 2024 18:44 Asia/Baku
  •  Baş nazir İrakli Kobaxidze təslim olur?

Gürcüstan hakimiyyəti kütləvi etirazlara səbəb olan “Xarici agentlər haqqında” Qanuna dəyişiklik edəcəyini vəd edib.

“Əgər kimsə bizə “Xarici təsirin şəffaflığı haqqında” Qanunun hüquq prinsiplərini pozduğunu sübut etsə, əlbəttə ki, müzakirəyə hazırıq. Biz Avropa Şurasının strukturları ilə müzakirələrə və əməkdaşlığa hazırıq”, – Baş nazir deyib.

İrakli Kobaxidze həmçinin söz verib ki, hakimiyyət inzibati xətalara görə saxlanılan etirazçıları ayın sonuna qədər azad edəcək. Gürcüstan hakimiyyəti isə öz növbəsində Qərb ölkələrini onun suverenliyini məhdudlaşdırmaqda ittiham edib.

“Bəyanat və viza məhdudiyyətləri ilə şantaj Gürcüstanın müstəqilliyini və suverenliyini məhdudlaşdırmaq üçün açıq cəhddən başqa bir şey deyil”, – hakim “Gürcü Arzusu” Partiyasının siyasi şurası bildirib.Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Xarici agentlər haqqında” Qanunu Avropa İttifaqına inteqrasiya yolunda addım adlandırıb.

Teqlər