Tramp hökuməti İrəvana simpatiya göstərir
ABŞ qüvvələri Ermənistana göndərilir
Birgə imzalanmış sazişə uyğun olaraq, ABŞ sərhədçilərindən ibarət qrup fevralda Ermənistana göndəriləcək.
Bu barədə məlumatı İrəvanda çıxan “Hraparak” nəşri yayıb.
Məlumatda bildirilir ki, Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində gömrük və sərhəd nəzarəti amerikalı mütəxəssislər tərəfindən həyata keçiriləcək.
ABŞ qüvvələrinin Ermənistana ezam olunması regionda sabitliyin qorunmasına yaxşı heç nə vəd etmir.
Bundan əvvəl Rusiya rəsmiləri Avropa İttifaqı müşahidəçilərinin Ermənistanda qonşu ölkələrə qarşı casusluq fəaliyyəti ilə məşğul olduqlarını bildirmişdilər.
Qeyd edək ki, 14 yanvarda ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq xartiyasının imzalanma mərasimində ovaxtkı Dövlət katibi Entoni Blinken ABŞ sərhədçilərinin və mütəxəssislərin Ermənistana göndəriləcəyini bildirmişdi.