Mart 07, 2025 17:00 Asia/Baku
  • Putin: İstənilən sülh sazişi Rusiyanın təhlükəsizliyini təmin etməlidir

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna ilə bağlı istənilən sülh sazişi Rusiyanın təhlükəsizliyini təmin etməlidir.

Rusiya prezidenti Vladimir Putin vurğulayıb: "Rusiya Ukraynada özünün uzunmüddətli təhlükəsizliyini təmin edəcək və münaqişədə əldə etdiyi nailiyyətlərdən geri çəkilməyəcək sülh sazişi əldə etməyə çalışacaq".Putin, həmçinin Fransa prezidenti Emmanuel Makronu dolayısı ilə tənqid edərk, deyib ki, Qərb liderləri rus xalqını kiçi saymamalıdırlar və 1812-ci ildə Rusiyaya hücumu fəlakətlə başa çatan Napoleon Bonapartın taleyini yadda saxlamalıdırlar.Reuters noyabr ayında yazmışdı ki, Putin Trampla Ukrayna sülh sazişini müzakirə etməyə hazırdır, lakin hər hansı böyük ərazi güzəştlərini istisna edir və Kiyevin NATO-ya üzv olmaq ambisiyalarından əl çəkməsinə təkid edir.