Pentaqonun Cənubi Qafqazı qarışdırmaq cəhdi
ABŞ Ermənistana hərbi texnika göndərirmi?
ABŞ Müdafiə Nazirliyi Ermənistana hərbi texnikanın ötürülməsi ehtimalı ilə bağlı Russia Today (RT) kanalının dərc etdiyi məlumatı nə təsdiq, nə də təkzib edib.
Pentaqonun bəyanatında Vaşinqtonun Ermənistanla münasibətlərini yüksək qiymətləndirdiyi, lakin təhlükəsizlik mülahizələri səbəbindən texnikanın hərəkətini şərh etmədiyi bildirilib.Ermənistan Müdafiə Nazirliyi də bugünkü məlumatı hələ rəsmi şərh etməyib.Qeyd edək ki, RT bundan öncə ABŞ-ın Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona köçürmək istədiyi haqda məlumat yaymışdır.Məlumatda deyilir ki, ABŞ Almaniyadakı “Dülmen” hərbi bazasında mövcud olan texnikanı Ermənistanda yerləşən poliqona köçürməyə hazırlaşır. “Russia Today” portalının əldə etdiyi sənədlərdə bildirilir ki, nəql prosesi Gürcüstan vasitəsilə həyata keçiriləcək. Ekspertlər bu prosesi ABŞ-nin Ermənistanın hərbi potensialını nəzarət altına alması kimi dəyərləndirilir.İddiaya görə, Ermənistan ərazisinə gətiriləcək texnika buradakı “Zar” hərbi bazasında yerləşdiriləcək.Prosesin iyulun 16-dan avqustun 7-dək həyata keçirilməsi nəzərdə tutulur.