Paşinyan: Mən bu sənədin altına imza atmağa hazıram
https://azeri.sahartv.ir/news/qafqaz-i419339-paşinyan_mən_bu_sənədin_altına_imza_atmağa_hazıram
Ermənistanın baş naziri bəyan edib ki, sülh sazişinin altına imza atmağa hazırdır.
(last modified 2025-03-20T07:17:43+00:00 )
Mart 20, 2025 11:14 Asia/Baku
  • Paşinyan: Mən bu sənədin altına imza atmağa hazıram

Ermənistanın baş naziri bəyan edib ki, sülh sazişinin altına imza atmağa hazırdır.

Nikol Paşinyan öz Facebook səhifəsində yazıb: “Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsi razılaşdırılıb və imzalanmasını gözləyir.

Xatırladaq ki, martın 13-də Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayaraq “Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsinin razılaşdırıldığını və bu razılaşma üzrə danışıqların başa çatdığını təsdiqləmişdir.