Ermənistan hökuməti sülh məsələsinə görə tənqidlə üzləşib
Qarabağ məsələsinin sülh danışıqlarında gündəmə gətirilməməsi müxalifəti hiddətləndirib
Ermənistan hökuməti Qarabağ məsələsini Azərbaycanla sülh danışıqlarında gündəmə gətirməkdən imtina etməsinə görə müxalifətin sərt tənqidləri ilə üzləşib.
Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasi müttəfiqləri Qarabağın separatçı rəhbərinin hərəkətlərini Ermənistanın milli təhlükəsizliyini ciddi təhlükə altına qoyduğunu bildirib.
Paşinyan dəfələrlə bəyan edib ki, onun hökuməti üçün Qarabağ məsələsi artıq bağlanmış bir mövzudur.
Xatırladaq ki, baş nazir 2023-cü ilin əvvəlində Qarabağ üzərində Azərbaycanın suverenliyini rəsmi şəkildə tanıyıb. Buna cavab olaraq müxalifət liderləri Qarabağın itirilməsinə görə Paşinyanın məsuliyyət daşıdığını bildirirlər.
Azərbaycan prezidenti İlham Əliyev daha əvvəl bildirib ki, 2024-cü ilin yanvarına qədər İrəvan danışıqlarda tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın taleyini sülh sazişinin mətninə daxil etməyə çalışıb. Onun sözlərinə görə, bu məsələ Ermənistan-Azərbaycan sülh danışıqlarında əsas maneələrdən biri olub.
2025-ci il martın 13-də tərəflər sülh sazişinin mətninin razılaşdırıldığını elan ediblər. Müvafiq mətndə nə Qarabağdan, nə də ermənilərin Qarabağa qayıtmasından bəhs edilir.