Apr 10, 2025 16:25 Asia/Baku
  • Markov: Türk ölkələri Türkiyəyə arxadan zərbə vurdu

Rusiyalı məşhur politoloq türk ölkələrinin Türkiyəyə arxadan zərbə vurduqlarını bildirib.

Sergey Markov deyib: “Avropa Birliyi-Mərkəzi Asiya sammiti baş tutub. Və Şimali Kipr Türk Respublikasının müstəqillik hüququnu inkar edən qətnamə qəbul edilib. Bu, Türkiyədə fırtınaya səbəb olub”.

Onun sözlərinə görə, Türkiyə Mərkəzi Asiyaya çoxlu pul yatırıb və orada lider olduğunu düşünür. Amma Avropa Mərkəzi Asiya ölkələrini Türkiyənin maraqlarına zərbə vurmağa məcbur etməyi öz üzərinə götürdü.

Politoloq Avropa İttifaqının regionda Rusiyanın da maraqlarını ayaqları altına atdığını söyləyib: “Mərkəzi Asiyada Avropa Rusiyaya, eləcə də Türkiyəyə arxadan zərbə endirir. Bəzilərimiz Mərkəzi Asiya ölkələrinə Rusiya ilə Türkiyə arasında mübarizə məkanı kimi baxdığımız halda, orada Avropa həm Rusiya, həm də Türkiyəni vurur”.