Apr 18, 2025 18:00 Asia/Baku
  • Tokayev yunan Kipri ilə bağlı daha bir qərara imza atdı

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Cənubi Kiprlə imzalanmış “Məhkumların ekstradisiyası haqqında” sazişi rəsmən təsdiqləyib.

Xəbər verilir ki, saziş ötən ilin martında Astanada imzalanıb.

Qazaxıstan Senatı aprelin 10-da sazişi təsdiqləmişdi. Beləliklə, iki ölkə arasında imzalanmış sənəd qüvvəyə minib.

Razılaşmaya əsasən, hər iki ölkə məhkum olunmuş vətəndaşlarını qarşılıqlı surətdə təhvil verə biləcək. Bu şəxslər cəzalarının qalan hissəsini öz ölkələrində çəkə biləcəklər.

Xatırladaq ki, bundan əvvəl Qazaxıstan, Türkmənistan və Özbəkistanla Avropa Birliyi arasında imzalanmış 12 milyard avroluq müqavilədən sonra bu ölkələr Cənubi Kipri “adada yeganə qanuni dövlət” kimi tanıyıblar. Türkiyənin “işğalçı dövlət” kimi tanındığı qalmaqallı anlaşma Şimali Kipr Cümhuriyyətinin beynəlxalq səviyyədə tanıdılması səylərinə zərbə kimi də şərh edilir.