Putin İranla strateji tərəfdaşlıq sazişini imzalayıb
Reuters: Rusiya Prezidenti, Dövlət Duması və Federasiya Şurası tərəfindən əvvəlcədən təsdiqlənmiş Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsini imzalayıb
Sənəd Rusiyanın hüquqi aktların dərci üçün rəsmi internet saytında dərc olunub.
Bu müqavilə daha əvvəl Rusiya Dövlət Duması və Rusiya Federasiya Şurası tərəfindən ratifikasiya edilib.
Saziş uzunmüddətli perspektivdə Moskva ilə Tehran arasında əməkdaşlığın daha da inkişafı üçün hüquqi bazanı müəyyən edir. Müqavilə, Rusiya və İranın strateji tərəfdaşlar statusunu möhkəmləndirir və bütün sahələri, o cümlədən müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiyanı əhatə edir.
Müqavilə İran prezidenti Məsud Pezeşkianın 2025-ci il yanvarın 17-də Moskvaya səfəri zamanı hər iki ölkə prezidenti tərəfindən imzalanıb.
Bu qanunun Putin tərəfindən imzalanması ilə Rusiyada bu müqavilənin ratifikasiyası prosesi başa çatıb.
Bu müqavilənin icrası hər iki ölkədə hüquqi prosesin tamamlanmasından asılıdır.