Zaxarova: Onlar Qafqaza hibrid müharibənin növbəti cəbhəsi kimi baxırlar
https://azeri.sahartv.ir/news/qafqaz-i419893-zaxarova_onlar_qafqaza_hibrid_müharibənin_növbəti_cəbhəsi_kimi_baxırlar
Rusiya hökuməti Avropa İttifaqını Cənubi Qafqazda təxribatla məşğul olmaqda ittiham edib.
(last modified 2025-04-22T03:54:27+00:00 )
Apr 22, 2025 07:51 Asia/Baku
  • Zaxarova: Onlar Qafqaza hibrid müharibənin növbəti cəbhəsi kimi baxırlar

Rusiya hökuməti Avropa İttifaqını Cənubi Qafqazda təxribatla məşğul olmaqda ittiham edib.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib: “Avropa İttifaqı (Aİ) ölkələri Cənubi Qafqazı qlobal hibrid müharibənin növbəti cəbhəsi kimi nəzərdən keçirirlər və Aİ müşahidəçiləri orada yalnız yeni gərginlik ocaqları yaradırlar”.

Zaxarova əlavə edib: “Onlar daha əvvəl təkcə Rusiyaya qarşı fəaliyyət göstərirdilərsə, indi sözügedən müharibə qlobal xarakter alıb”.

Rusiyalı rəsmi Aİ-nin Ermənistandakı missiyasının genişlənməsi imkanını şərh edərək vurğulayıb ki, avropalı müşahidəçilər regiona heç bir sabitlik gətirmirlər, Cənubi Qafqazı sülhə və tərəqqiyə yaxınlaşdırmırlar, əksinə, orada "yeni ayırıcı xətlər, yeni gərginlik ocaqları, yeni problemlər yaradırıar.

 

M.Zaxarovanın sözlərinə görə, Fransa Ermənistanı qeyri-müəyyən və həmişə olduğu kimi aldadıcı perspektivlərlə kollektiv Qərbin orbitinə çəkməklə həmişə xalqların xeyrinə işləmiş çoxəsrlik Rusiya-Ermənistan münasibətlərini pozmağa can atır.

Bir müddət əvvəl xanım Zaxarova Avropa İttifaqının mülki missiyasını Ermənistanın qonşularına qarşı casusluq etməkdə suçlamışdı.